“Maşın” şouda növbəti yarış günü başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, yayımın sonuna kimi hədəfini açıqlamayan aparıcı və aktrisa Zümrüd Qasımova tribunaya dəvət olunub.
Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsverməyə “stop” deyərək, səsvermənin nəticələrini açıqlayıb.
Tamaşaçıların etimadını qazana bilməyən və 48,03% səs toplayan Zümrüd şounu tərk edib.
Proqram isə beş iştirakçı ilə sabah axşam saat 22:00-da qaldığı yerdən davam edəcək.
12 oktyabr, 23:15
“Maşın”da hədəf olan Zümrüd Qasımova maraqlı açıqlamalar verib.
O, şou başlayandan 6-7 dəfə hədəf olduğunu bildirib:
“Son məqamda hədəf olacaqdım, amma Ayan Babakişiyeva əlini götürüb şoudan getdi. Ayan yəqin mənim nə qədər maşına ehtiyacımın olduğunu bilirdi. Burda “altılığ”a gəlib çatmaq isə çox çətin və qəliz məsələdir.
Mən çox mübariz insanam. Şouda qalmağı çox istəyirəm. Ən azından “üçlüy”ə düşüb, finalda olmaq istəyirəm”.
O, hələ də şoudakı hədəfini açıqlamayıb.
Qapalı oyun aparan Zümrüd oyunda qalacağı təqdirdə ya özü şounu tərk etməli, ya da avtomobil ətrafında dayanan 5 iştirakçıdan birini oyundan kənarlaşdırmalıdır.
22:58
“Maşın” şouda mübarizə davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, aparıcı Murad Dadaşovun “Hədəfiniz kimdir?” sualına Zümrüd Qasımova belə cavab verib:
“Şou başlayandan bəri iştirakçılara açıq oyun apardığımı söyləmişəm. Amma gördüm ki hamısı qapalı oyun aparır, hədəfinin kimliyini gizlədir. Mən də qapalı oyun aparmaq istəyirəm. Hələ ki, hədəfimin kim olduğunu açıqlamayacam”.
Verilişdə avtomobil ətrafında duran iştirakçılara səslənən Zümrüd oyunçulardan ona dəstək çıxmamağı rica edib:
“İstəmirəm ki, onlar öz tamaşaçılarına mənə səs göndərmək üçün səslənsinlər. SMS-lərini mənə görə xərcləməsinlər. Çünki səs toplamayıb şounu tərk edə bilərəm. Amma siz burada qalacaqsınız”.
Onun oyundakı taleyinə tamaşaçılar qərar verəcək.
22:33
MGP-nin ərsəyə gətirdiyi, ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin on ikinci efir həyacanı start götürüb.
ÇıxışYolu.Com xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda altı məşhur, yəni dörd xanım və iki bəy avtomobil uğrunda mübarizəni davam etdirir.
Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.
Beləliklə, bu gecə aparıcı Zümrüd Qasımova və müğənni Ramal İsrafilovun şəkli iki dəfə qutuya atılıb.
İkisindən birinin tribunaya çıxması üçün onlara gün ərzində canlı efir öncəsi gələn smslərin səs faizi açıqlanıb.
Nəticədə, Zümrüdə gün ərzində səs gəlmədiyi üçün o, tribunaya çıxaraq, şouda qalmaq üçün tamaşaçılardan səs istəyib:
“Həyatımın ən çətin günlərində tək mübarizə aparmışam. Əgər məni şouda görmək istəyirsizsə, mənə səs yollayın. Bu maşın mənə çox yaraşır və qalib olub avtomobili udmaq istəyirəm”.
Rəşad Əliyev