ÇıxışYolu.Com - “Maşın şou”nun “Maskarad”ı başladı

ÇıxışYolu.Com – “Maşın şou”nun “Maskarad”ı başladı

Baxış sayı: 1. 839 dəfə baxılıb.

“M Group Production” tərəfindən ərsəyə gələn “Maşın şou”nun 18-ci sürəti start götürüb.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı Ekspo Mərkəzin arenasında çəkilişi baş tutan şou ənənəvi şəkildə 18 məşhurun iştirakı ilə ATV-nin canlı efirindən birbaşa yayımlanıb.

İştirakçıların bəziləri ötən verilişlərdən təcrübə yığsalar da, digərləri proqrama ilk dəfədir ki dəvət alıblar. Məşhur şoumen, Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu ölkənin ən bahalı televiziya layihəsinin budəfəki sürəti “Maskarad” adlanır. Qalib qələn iştirakçıya dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil təqdim olunacaq.

“Maskarad”ın məşhur iştirakçıları isə bunlardır : meyxanaçı Aqşin Fateh, Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişyari, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva, aktyor Məcid Hüseynov.

Qeyd edək ki, ölkənin ən bahalı və reytinqləri darmadağın edən televiziya layihəsi “Maşın” realiti şou hər gün saat 22:00-da yayımlanacaq.

Rəşad Əliyev