ÇıxışYolu.Com - “Maşın”da son gecə: Avtomobili kim aparacaq?

ÇıxışYolu.Com – “Maşın”da son gecə: Avtomobili kim aparacaq?

Baxış sayı: 1. 878 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Maşın”da son gecə: Avtomobili kim aparacaq?

“Maşın” realiti-şousunun “Maskarad” adlı sürətində final gecəsi başlayıb.  

ÇıxışYolu.Com xəbər verir ki, oktyabrın birindən ATV-də hər axşam saat 22:00-da canlı yayımlanan möhtəşəm şouda 18 məşhur dəyəri 50 min manat olan “Opel İNSİGNİA” avtomobili uğrunda mübarizə aparıblar. 

Meyxanaçı Aqşin Fateh, Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyari, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva və aktyor Məcid Hüseynov avtomobili qazanmaq üçün gərgin mübarizə aparıblar.  

Həyacanlı anları geridə qoyub finala vəsiqə qazananlar isə aparıcılar Lalə Mustafayeva ilə Suna Kasımoğlu və müğənni Ramal İsrafilov oldu.  

Finalda şounu ilk tərk edən Ramal İsrafilov olub. Sənətçi avtomobildən əlini götürərək uduşu iki xanıma ötürüb.  

Beləliklə, “Maşın” şounun tarixində ilk dəfə iki xanım öz aralarında gərgin mübarizəni davam etdiriblər. 

Qalibin kimliyini isə “Maşın”ın finalının sonunda Murad Dadaşov açıqlayacaq.  

Rəşad Əliyev