ÇıxışYolu.Com - “Maşın”ın çətin gecələri başladı

ÇıxışYolu.Com – “Maşın”ın çətin gecələri başladı

Baxış sayı: 2. 303 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Maşın”ın çətin gecələri başladı

MGP-nin dəstəyi ilə ərsəyə gələn, artıq 14 ildir televiziya məkanının ən baxılan və bahalı statusunu qoruyub saxlayan, “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb.

ÇıxışYolu.Com xəbər verir ki, əzmkarlıq, iradə və dözümlük nümayiş etdirərək, finala gəlib çıxan 3 məşhur – aparıcı Lalə Mustafayeva, aparıcı Suna Kasımoğlu və müğənni Ramal İsrafilov dəyəri 50 min manatlıq “Opel İNSİGNİA” avtomobili uğrunda mübarizələrini davam etdirirlər.

Şounun aparıcı, Xalq artisti Murad Dadaşov bu gündən SMS səsvermənin dayandığını və bundan sonra üç iştirakçının yalnız öz gücü bahasına avtomobilə sahib olacaqlarını tamaşaçıların nəzərinə çatdırıb.

Qeyd edək ki, şou sona yaxınlaşdıqca oyunun şərtləri daha da qəlizləşir. Belə ki şounun qaydalarına əsasən, artıq üç iştirakçının hər biri ayrı-ayrılıqda avtomobilin yanından ayrıla bilməyəcək. İştirakçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə biləcəklər. Hətta əli belə maşından sürüşdürmək qadağandır. Bunlara rəğmən oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunacaqlar. 

Əgər iştirakçının sağlamlığında hər hansı problem yaranarsa, o zaman o, oyundan xaric olunacaq. Yalnız bir gün iştirakçılara təbii ehtiyaclarını ödəməyə icazə veriləcək. Növbəti gün isə bu tamamilə yasaqlanacaq.

 

Əsas şərt şounun final mərhələsində dözüm nümayiş etdirməkdir. 

Rəşad Əliyev