Sabunçu rayonunda 37 yaşlı kişini avtomobil vurub.
ÇıxışYolu.Com xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili sərxoş vəziyyətdə yolu keçmək istəyən piyada, 1982-ci il təvəllüdlü Qəmbərov Amur Fəxrəddin oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Ona üzün əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu