Çeçenistan rəhbəri Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib.
TASS xəbər verir ki, bu barədə Rusiya Baş naziri Dmitri Medvedev müvafiq sənəd imzalayıb.
Sözügedən kənd bundan sonra Əhməd-Yurd adlanacaq.
Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov hazırkı rəhbərin atası və Çeçenistanın keçmiş lideridir.