Rusiyanın baş naziri Dmitri Medvedev gələn həftə Ermənistana səfər edəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Səfər çərçivəsində D.Medvedev Avrasiya iqtisadi Birliyinin hökumətlərarası iclasında iştirak edəcək.
Səfir qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri möhkəm təmələ malikdir.