ABŞ-ın rəmzlərindən olan Vaşinqton Abidəsi yenidən açılıb.
ÇıxışYolu.Com xəbər verir ki, abidənin açılışında ABŞ-ın birinci xanımı Melanya Tramp iştirak edib.
O, liftlə məktəb şagirdləri ilə birlikdə abidənin yuxarı mərtəbəsinə qalxıb.
Qeyd edək ki, Vaşinqton Abidəsi təmir və təhlükəsizlik sisteminin yenilənməsi ilə bağlı olaraq 2016-cı ildən etibarən ictimaiyyətə qapalı idi. Sentyabrın 19-dan etibarən yerli və xarici turistlər abidəni ziyarət edə biləcək.
Vaşinqton Abidəsi indiyə qədər ABŞ pataxtının ən hündür tikilisidir.