Almaniya Kansleri Angela Merkel rəsmi görüş zamanı yenidən titrəyib. Bu hal üç həftə ərzində artıq üçüncü dəfədir baş verib.
Bu barədə “Reuters” məlumat yayıb.
A.Merkel bu dəfə Berlində Finlandiyanın Baş naziri Antti Rinne ilə rəsmi görüş zamanı titrəməyə başlayıb.
Həmin kadrlar “Twitter” səhifəsində paylaşılıb. Videoda Kanslerin filandiyalı nazirlə yanbayan dayanarkən necə titrədiyi aydın görünür.