Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb. Bu barədə Bild məlumat yayıb.
Məlumatda bildirilir ki, sürücüsü olmayan avtomobil təyyarəyə çırpılarkən kansler təyyarədə olmayıb. 3 ekipaj üzvü xəsarət almasa da, təyyarəyə ziyan dəyib. Merkelin Dortmunddan Berlinə helikopterlə qayıtdığı bildirilir.
İnsidentlə bağlı araşdırmalara başlanılıb.