Lionel Messi öz adı ilə şərab istehsalına başlayacaq.
Sports.ru xəbər verir ki, şərab brendi LEO adlanacaq.
İçkilər Argentinanın ən məşhur şərab istehsalçısı regionlarından biri olan Mendozada hazırlanacaq. İstehsalçı şirkət “La Bodega Valentin Bianchi SA” olacaqsa, ona “Leo Messi Foundination” sponsorluq edəcək.
Şərabın bir şüşəsinin qiyməti 8-20 avro arasında dəyişəcək. İllik gəlir isə 300 min avro olacaq.
Ancaq Messi bu məbləğin heç bir sentinə də toxunmayacaq. Belə ki, onun tapşırığına əsasən, bütün gəlir xeyirxah işlərdə istifadə olunacaq.
Qeyd edək ki, Messi şərab istehsalı ilə məşğul olan ilk futbolçu deyil. Daha əvvəl onun keçmiş komanda yoldaşı Andreas İnyesta və Andrea Pirlo da bu bizneslə məşğul olub.