ÇıxışYolu.Com - Mikroavtobusları yandıran şəxs saxlanıldı

ÇıxışYolu.Com – Mikroavtobusları yandıran şəxs saxlanıldı

Baxış sayı: 1. 917 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mikroavtobusları yandıran şəxs saxlanıldı

Astarada iki mikroavtobusu yandıran şəxs saxlanılıb.

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, rayonun Toradi kənd sakini Namik Babayev Polis şöbəsinə ərizə ilə müraciət edərək, gecə saatlarında ona məxsus iki ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayonun Hamoşam kənd sakini İsrafil Qasımov saxlanılıb.

İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətirdiyi benzinlə N.Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı, “Ford” markalı mikroavtobusu yandırdığını bildirib.

Nəticədə, həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış, N.Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı, “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb. 

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan