AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla qarşılaşan millimiz 0:1 hesablı məğlubiyyətə üzülüb.
ÇıxışYolu.Com xəbər verir ki, yığmamız əsas vaxta əlavə edilmiş dəqiqələrdə qol vursa da, hakim qaydalar çərçivəsində vurulmuş qolu qeydə almayıb.
Belə ki, millimizin yerinə yetirdiyi cərimə zərbəsindən sonra müdafiəçimiz Bəhlul Mustafazadə topu qarnı ilə qapıdan keçirsə də, hollandiyalı referi bu vəziyyəti “əllə oynama” kimi qiymətləndirərək təmiz qolu ləğv edib.
Epizodun videosunu təqdim edirik.