ÇıxışYolu.Com – Millimizin eks-futbolçusu həbs edildi

Baxış sayı: 1. 632 dəfə baxılıb.

ÇıxışYolu.Com - Millimizin eks-futbolçusu həbs edildi

Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov həbs olunub. Bu barədə məlumatı Sportinfo.az saytı yayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ötən gün hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb. Veteran futbolçunun saxlanılması səbəbinə gəlincə, bunun C.Məhərrəmovun vaxtı ilə oyun alqı-satqısında iştirak etməsiylə bağlı olduğu bildirilir.

Qeyd edək ki, 36 yaşlı C.Məhərrəmov 2017-ci ildə danışılmış oyunlarda iştirak etdiyi üçün peşəkar futboldan uzaqlaşdırılıb. O, karyerası ərzində MOİK, “Karvan”, “Bakı”, “Kəpəz” “Rəvan”, Türkiyənin “Adanaspor” klubunda çıxış edib.