Azərbaycan millisinin üzvü Rüfət Dadaşov imicini dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, Almaniya 3-cü Bundesliqasında mübarizə aparan “Proyssen”də çıxış edən 26 yaşlı hücumçu yerli mətbuata açıqlamasında yeni saç düzümünü çox bəyəndiyini deyib:
“Məncə, belə daha yaxşıdır. Yeni saç düzümünü sınaqdan çıxarmaq istədim. Qız dostum Lora əvvəlcə bədbin əhval-ruhiyyədə idi, daha pisini gözləyirdi. İndi isə onun özünə də belə yaxşıdır”.