Yol hərəkəti qaydalarını daim pozaraq yollarda qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi üçün Dövlət Yol Polisinin Mingəçevir bölməsi bu gün gücləndirilmiş iş rejimində çalışıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar və Nəriman Nərimanov küçələrində piyadaların nəqliyyat yollarından keçidinə nəzarət edən yol polisi əməkdaşları 50-dən çox qayda pozucusunu saxlayıb.
Yol hərəkəti qaydalarını pozan piyadaların bəziləri qanuna tabe olmayaraq kimliyini bildirməkdən yayınıb, digər qismi dəfələrlə yol intizamını pozsa da, ilk dəfə qaydaları pozduğunu bəhanə edərək məsuliyyətdən yayınmağa çalışıb.
Reyd zamanı piyadalardan 33 nəfərə inzibati protokol tərtib olunub. Digər qayda pozanlarla maarifləndirmə xarakterli söhbətlər aparılaraq ciddi xəbərdarlıq edilib.
Nazir Quliyev