ÇıxışYolu.Com – Minlərlə nəqliyyat vasitəsi olan sultanın “Range Rover”i auksionda satışa çıxarıldı

Baxış sayı: 1. 989 dəfə baxılıb.

ÇıxışYolu.Com - Minlərlə nəqliyyat vasitəsi olan sultanın “Range Rover”i auksionda satışa çıxarıldı

Bruney sultanına inşa edilən “Range Rover” limuzini “Silverstone Auksion evi”ndə keçirilən “NEC Classic” avtomobil klassikləri qapalı festivalında auksiona çıxarılıb.

Onun ilkin qiymətləndirilməsi 18-24 min funt-sterlinq təşkil edir ki, bu da 39-52 min manata bərabərdir.

Bruney sultanının sifarişi əsasında uzadılmış “Range Rover LSE” limuzini “Townley Cross Country Vehicles Ltd” tərəfindən yığılıb. Avtomobil hökmdarın kiçik qardaşı – Şahzadə Ceffri üçün nəzərdə tutulub və alıcısına 135 min funt sterlinqə (hazırkı məzənnə ilə 293.4 min manat) başa gəlib.

Avtomobil “Rolls-Royce Mason Black” qara rənginə boyanıb. Maşının daxili “Oxblood Connolly” salonu, “Wilton” kilimləri və qoz qabığından hazırlanmış dekorativ panellərlə təmin olunub.

2000-ci ilin iyununda Mayk Tayson Lou Savares ilə döyüşdən əvvəl bu “Range Rover”də Qlazqoya aparılıb. Daha sonra avtomobil indiki sahibinə – Danimarkadan olan kolleksiyaçıya təhvil verilib.

2006-cı ildə Bruney sultanına aid avtomobillərin, motosikletlərin və avtobusların siyahısı dərc edilib. Məlum olub ki, dünyanın ən varlı monarxlarından olan şərq hökmdarı 2 min 789 nəqliyyat vasitəsinə sahibdir. Bunların arasında doqquz “McLaren F1” və dörd “Bugatti EB110” var.