ÇıxışYolu.Com - Miri Yusifin konsertində maraqlı evlilik təklifi

ÇıxışYolu.Com – Miri Yusifin konsertində maraqlı evlilik təklifi

Baxış sayı: 2. 614 dəfə baxılıb.

ÇıxışYolu.Com - Miri Yusifin konsertində maraqlı evlilik təklifi

Əməkdar artist Miri Yusifin “Yaşıl teatrda 3 gün” adlı solo konserti baş tutub.

ÇıxışYolu.Com xəbər verir ki, ağ libasda səhnəyə çıxan Miri Yusif  “Ruh əkizlərim” mahnısı ilə konsertini açıq elan edib. Müğənnin konsertində fanat seli yaşanıb. Böyük coşqu ilə keçən konsertdə gözlənilmədən yağış yağmağa başlayıb. Bütün bunlara rəğmən konsert öz axarı ilə davam edib.

Hitləri ard-arda düzən sənətçi qeyri-adi addım atıb. Belə ki, Miri Yusif səhnədən yaxın dostuna səslənib. Bu anda isə həmin şəxs sevdiyi xanıma bütün tamaşaçıların önündə evlilik təklifi edib. Əməkdar artist onların şərəfinə “Qiymətlim” adlı mahnısını səsləndirib. 

Diqqət çəkən məqamlardan birisi isə o oldu ki, Miri Yusifin konsertində həmkarları nədənsə gözə dəymədi.

Qeyd edək ki, bu həftənin şənbə və bazar günü daxil olmaqla əməkdar artist Miri Yusif canlı solo proqramla Yaşıl teatrın səhnəsində çıxış edəcək. 

Rəşad Əliyev