Misirin Buxeyra vilayətinin İtyay-el-Barud rayonunda neft boru kəmərində partlayış baş verib.
“Life” Misirin Səhiyyə nazirliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Xəsarət alanlar müxtəlif dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib.
Neft nazirliyi bildirib ki, boru kəmərindən neft məhsullarının oğurlanması cəhdi partlayış və yanğına səbəb olub.