ÇıxışYolu.Com - “Missis Rusiya – 2019”un qalibi 33 yaşlı gözəl oldu

ÇıxışYolu.Com – “Missis Rusiya – 2019”un qalibi 33 yaşlı gözəl oldu

Baxış sayı: 2. 419 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Missis Rusiya – 2019”un qalibi 33 yaşlı gözəl oldu

“Missis Rusiya – 2019” gözəllik müsabiqəsinin qalibi Gelencikdən olan 33 yaşlı Yekaterina Nişanova olub.

“RİA Novosti” xəbər verir ki, yarışmanın finalı Lyudmila Ryuminin rəhbərliyi ilə Moskva Mədəniyyət Folklor Mərkəzində keçirilib.

Bu il Rusiyanın hər yerindən 27 xanım finalçı “Missis Rusiya – 2019” adı uğrunda mübarizəyə qatılıb.

“Missis Rusiya Globe” nominasiyasında Kemerovadan Kseniya Krivko qalib gəlib.

O, Çində keçiriləcək “Missis Qlobe” gözəllik yarışmasında Rusiyanı təmsil edəcək.

Qeyd edək ki, keçirilən “Missis Rusiya” gözəllik yarışmasına qatılan xanımların yaş kateqoriyası 22-43 yaş arasındadır.

Müsabiqədə əsas iki məcburi şərt qoyulub: pasportda nigahın qeyd olunduğu möhür və ən azı bir uşağın olması.

Rəşad Əliyev