Vensan Kassel və Monika Belluççi Venesiya kinofestivalında bir yerdə görünüblər.
ÇıxışYolu.Com xəbər verir ki, aktyorlar 2002-ci ildə baş rolları ifa etdikləri “Dönməzlik” (Irréversible) filminin yeni rejissor versiyasının təqdimat mərasimində iştirak ediblər.
14 il bir yerdə yaşamış cütlük 2013-cü ildə ayrılmasına baxmayaraq, dostluq münasibətlərini qoruyub saxlaya biliblər.
Venesiyada 52 yaşlı Vensan Kassel və 54 yaşlı Monika Belluççi rejissor Qaspar Noenin müşayiətində kameralar qarşısına çıxıblar. Keçmiş sevgililər bir-birinə gülümsəsələr də, soyuqqanlı davranıblar.
Yeni həyat yoldaşı Tina Kunaki və dörd aylıq qızı Amazoni ilə İtaliyaya gələn Kassel filmin təqdimatında qara geyimdə olub. Belluççi isə bu əlamətdar gündə “Dolce&Gabbana”dan al-qırmızı don seçib.