Rusiya paytaxtının hava limanlarında xoşagəlməz hallar yaşanıb.
ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, 40-dan çox təyyarə reysi təxirə salınıb və ya yubanıb.
46 təyyarə səmaya qalxa bilməyib. Onların 36-sı yubanıb, 10 uçuş isə təxirə salınıb. Bu isə turistlərin qəzəbinə səbəb olub.
Domodedovoda 16 reysi saxlayıblar, 10 uçuş isə ümumiyyətlə ləğv olunub. Şeremetyevoda 14, Vnukovoda 6 uçuş yubanıb.
İyulun 27-də Moskva hava limanlarında 60-dək reys ləğv olunub və təxirə salınıb. Yalnız Jukovski hava limanında belə hallar müşahidə olunmayıb.