Moskvada metro stansiyası yaxınlığında qanlı insident baş verib. Kimliyi məlum olmayan bir nəfər naməlum silahdan atəş açaraq başqa bir nəfəri, daha sonra özünü öldürüb.
Lenta.ru xəbər verir ki, insident metronun “Novıye Çeremuşki” stansiyası yaxınlığında baş verib.
İlkin araşdırmalara görə, onlar Ermənistan vətəndaşlarıdırlar.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.