ÇıxışYolu.Com – Moskvada kütləvi həbslər

Baxış sayı: 2. 754 dəfə baxılıb.

ÇıxışYolu.Com - Moskvada kütləvi həbslər

Moskvada jurnalist İvan Qolunova dəstək üçün keçirilən kütləvi yürüşdə 1200 nəfər iştirak edib. 

Bu barədə “İnterfaks” Rusiya DİN-ə istinadən məlumat yayıb. 

Məlumata görə, icazəsiz aksiyada polis əməkdaşları 200-dən çox aksiya iştirakçısını saxlayıb.

15:38

Moskvada jurnalist İvan Qolunova dəstək məqsədilə keçirilən kütləvi yürüşdə polis və Rosqvardiya qüvvələri (Rusiya Federasiyası milli qvardiyası – red.) 90-dan çox nümayişçini saxlayıb.

Bu barədə “OVD-İnfo” məlumat yayıb.

Saxlanılanlar arasında bir neçə iri nəşrin, o cümlədən, “Meduza”, “MBX-Media”, “Dojd” və s. əməkdaşları, həmçinin, müxalif fəal, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı yer alır.

Aksiyada nümayişçilər müxtəlif şüarlar, o cümlədən, “Siyasi məhbuslara azadlıq!”, “Rədd olsun çekist hakimiyyəti” səsləndirib.