ÇıxışYolu.Com - Müğənnidən qəribə açıqlamalar: Gözümə gizli varlıqlar görünür

ÇıxışYolu.Com – Müğənnidən qəribə açıqlamalar: Gözümə gizli varlıqlar görünür

Baxış sayı: 1. 924 dəfə baxılıb.

ÇıxışYolu.Com - Müğənnidən qəribə açıqlamalar: Gözümə gizli varlıqlar görünür

Mən öz ölümümün nə vaxt baş verəcəyini dəqiq bilirəm. Heç kimə demirəm onu. Tez deyil, amma bilirəm.  

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri müğənni Ülvi Qılınc ATV-də yayımlanan “Bizimləsən” proqramında dilə gətirib.  

Hissiyatının güclü olduğunu söyləyən sənətçi, gözünə müəmmalı varlıqların göründüyünü iddia edərək, maraqlı açıqlamalar verib:  

“Bəzi insanlar bilmədən bəsirət gözünün açılmasını istəyir. Çox vaxt nail olurlar və bu cür insanların ağlında problem yaranır. Adamlar digər varlıqlarla üzləşməyə nə cismani, nə də imanlı hazır deyillər. Düzdü biz onlardan daha üstünük, amma onlar elmdə və sehrdə bizdən üstündür.  

Başqa əlamətlər də var. Məni heç vaxt bu kimi şeylər narahat etməyib. Çünki dualar oxuyuram ki, narahat olmayım. Gözümə görünənlər var. Nə gördüyümü Zaur bəyə (“Bizimləsən” verlişini aparıcısı Zaur Baxşıliyev – red.) gizli deyə bilərəm, amma ümümi auditoriya və insanlar üçün açıqlaya bilmərəm. 

Sözlərimi başqa cür anlayıb, səhv istiqamətə yönləndirə bilərlər. “Facebook” və “İnstagram”da yazırlar ki, gələcəyimə bax, informasiya ver. Amma onlar başa düşmürlər ki, qeyb deyilən, gələcək deyilən bir şey yoxdur. Biz gələcəyi yaşamasaq, qeyd haqqında hər hansısa bir informasiyanı almaq mümkün olmaz. 

Məni narahat edən məqam özümdə qalsın. Ona toxunmuram. Bu, mənim efirə ötürəcəyim söz deyil. İnsanlara xeyir gəlməz. Onlara mənfi təsir göstərə bilər”.  

Müğənni Ülvi Qılıncın bu açıqlamalarından pərişan vəziyyətə düşən proqramın aparıcısı Zaur Bəxşəliyev sənətçidən onun qulağına gördüklərini və narahatlıq keçirdiyi məqamları pıçıldamağı xahiş edib.  

Daha sonra Zaur Ülvinin ona söylədiklərindən heyrətlənib. O, Ülvini uzun illər tanıdığını lakin heç zaman onun haqqında bu fikirlərdə olmadığını dilə gətirib. Təəcübdən canlı efirdə donub qalan Zaur fikirlərini sona qədər anlatmaqda çətinlik çəkib.  

Rəşad Əliyev