Müqəddəs Yelena adasının turizm məsələlərinə görə məsuliyyət daşıyan məmurları Napoleonun oxşarını işə götürmək qərarına gəliblər.
Uyğun namizəd fransız imperatoru ölümünün 200 illiyində “əvəz edəcək”.
Vakansiya üç il üçün nəzərdə tutulub: 2019, 2020 və 2021. İmperator rolunda özünü yoxlamaq istəyənlər kostyum sınaqlarından keçməlidirlər. Yeni “Napoleon” oktyabr ayında işə başlayacaq.