Türk məşhurların tez-tez gözə dəydiyi İstanbulun Etilər küçəsində məşhur cütlük Murat Boz və sevgilisi Aslı Enver fotoqrafların obyektivlərinə tuş gəlib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, dostları ilə birlikdə restoranların birində nahar edən Muratın aldığı yeni avtomobil ətrafdakıların diqqətini çəkib.
Sənətçi idarə etdiyi “Mercedes” markalı avtomobil üçün 3 milyon 300 min TL-sindən (təqribən 960 min AZN – red.) keçməli olub.
Media nümayəndələrinin suallarını cavabsız qoyan cütlük fərqli avtomobillərə əyləşərək məkandan tələm-tələsik ayrılıblar.
Qeyd edək ki, Aslı ilə Murat bir müddət öncə pozulmuş münasibətlərini yenidən bərpa edərək sevgili olublar.
Sonuncu dəfə bu ilin mart ayında “Öldür beni sevgilim” filminin qala gecəsində iştirak etmək üçün Bakıya gələn Murat Boz ÇıxışYolu.Com-ın əməkdaşının “Hazırda Aslı Enverle münasibətləriniz nə yerdədir?” sualına “Özəl həyatımla bağlı suallara cavab vermirəm” deyərək mövzudan qaçmışdı.
Rəşad Əliyev