İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Dortmund “Borussiya”sına qayıtması düyünə düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb onun meneceri Mino Rayolaya üç aylıq transfer qadağasının qoyulmasıdır.
İtaliyalı menecer İdman Arbitraj Məhkəməsi tərəfindən ilkin olaraq avqustun 9-dək cəzalandırılıb. Bu üzdən Mxitaryanın “Arsenal”da qalacağı gözlənilir.
Səbuhi MUSAYEV