Türkiyədə yaşayıb orada çalışan, əslən azərbaycanlı model və aktrisa Nəsrin Cavadzadə Türkiyənin nüfuzlu dərgilərindən biri olan “Formsante”nin üz qabığına çəkilib.
ÇıxışYolu.Com xəbər verir ki, Nəsrin fotokamera önünə keçərək göz qamaşdıran ideal bədən quruluşunu nümayiş etdirib.
Bununla yanaşı, gözəl aktrisa incə və formada qalmasının sirlərini də bölüşüb. Çəkilişdən olan kadrarxası görüntüləri isə Cavadzadə şəxsi “Instagram” hesabında izləyiciləri ilə paylaşıb.
N.Cavadzadənin məşhur dərginin üz qabığına çəkilməsi əbəs yerə deyil. Aktrisa artıq uzun müddətdir ki, idmanla məşğul olur və sağlam həyat tərzi sürür. Məhz elə bu səbəbdən Nəsrinin bədən quruluşu dünya standartlarına uyğundur. “Formsante”nin üz qabığında türk məşhurlarla yanaşı, xarici ulduzları da görmək olar.
Qeyd edək ki, Nəsrin Cavadzadə azərbaycanlı akademik Mirməmməd Cavadzadənin nəvəsidir. Aktrisa bir çox türk serial və filmlərində rol alıb.
“Güzel Günler Göreceğiz” və “Kuzu” filmlərində canlandırdığı obrazlar sayəsində N.Cavadzadə “Qızıl portağal” mükafatlandırmasında “İkinci planda ən gözəl aktrisa” və “Ən gözəl qadın obrazı” nominasiyalarında iki dəfə qalib olub.
Rəşad Əliyev