Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Basketbol Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, əvvəlcə federasiyanın vitse-prezidenti, həmçinin, MOK-un əməkdaşı Həsənağa Rzayev çıxış edərək görülən işlərdən danışıb.
O, nöqsanlardan danışarkən bildirib ki, regionlarda ixtisaslaşdırılmış basketbol məktəbləri yoxdur.
Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın doqquz nəfərdən ibarət Rəyasət Heyətinin tərkibini açıqlayıb və səsə qoyub. Heyət yekdilliklə qəbul edilib.
Həmçinin, bu günədək baş katib müavini vəzifəsində olan Vüqar Əzimovun baş katib seçilməsi və Nəzarət-Təftiş Komissiyasının üç nəfərdən ibarət tərkibi təsdiqlənib.
Sonda federasiyanın prezidenti seçilib. Hazırkı prezident Nadir Nəsibova daha dörd il müddətinə federasiya rəhbəri vəzifəsi etimad göstərilib.
Səbuhi Musayev