ATV-də yayımlanan “Zaurla Günaydın” səhər şousunda qonaq olan müğənni Nadir Qafarzadənin gənclərin evlənməsi ilə bağlı mövzuda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
ÇıxışYolu.Com xəbər verir ki, sözügedən verilişdə Qafarzadə böyük oğlunu evləndirmək istəməsindən söz açıb. Sənətçi gəlin tapmaqda çətinlik çəkdiyini etiraf edib:
“Bir çox valideynlər bu problemi yaşayır. Qıza ərə get, oğlana evlən deyəndə çətinlik çəkirlər. 1992-ci ildə mənim üçün həyat yoldaşım Sevinc xanımı ən kiçik bacım Könül xanım bəyənib. O söylədi ki, Sevinc xanım uşaq tibb bacısıdır. Mən onu qoymadım işləməyə. Amma indi çox peşmandır ki, diplomu da var, evdə oturub darıxır. Həm də yaş üstünə yaş gəlir, uşaqlar da böyüyüb. O vaxt gəlin seçməkdə bu qədər çətinlik yox idi. Biz indi bəyənsək də, qərar vermək çətin olur. Qızın oğlana, oğlanın qıza qarşı çirkinliyi əvvəl yox idi. Oğlanlarda olduğu kimi, qızlarda da eyni problem var. Yaxşı oğlan tapa bilmirlər. Əslində yaxşı qız da, oğlan da var. Sadəcə, axtarmaq lazımdır”.
Rəşad Əliyev