ÇıxışYolu.Com - Nadirdən qalmaqallı açıqlama: İndi əxlaqsızlara hörmət edirlər

ÇıxışYolu.Com – Nadirdən qalmaqallı açıqlama: İndi əxlaqsızlara hörmət edirlər

Baxış sayı: 2. 816 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nadirdən qalmaqallı açıqlama: İndi əxlaqsızlara hörmət edirlər

Müğənni Nadir Qafarzadə yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində danışan müğənni yaxşı insanlara hörmət edilmədiyini deyib:

“İndi başa düşmüşəm ki, nümunəvi olmaq dəbdə deyil. Həyat o qədər tərsinə dönüb ki, pisin, əxlaqsızın hörməti var. İnsanlar normal qadın, kişi görəndə fikirləşirlər ki, yəqin, bunun nəsə qüsuru var”.

Xatırladaq ki, Nadir Qafarzadə bir müddət öncə türkiyəli kişilərə ərə gedən qızları tənqid edib. Müğənninin əcnəbi vətəndaşla ailə quran qızların xoşbəxt olmadıqları barədə qalmaqallı çıxışı müzakirə predmetinə çevrilib.