Sabunçu rayonunda bir nəfər naməlum şəkildə xəsarət alıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə ayın 21-də saat 13.00 radələrində rayonun Ramana qəsəbəsində qeydə alınıb.
1969-cu il təvəllüdlü Y.B. Ramana qəsəbəsində baş nahiyyəsindən aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan ifadə verə bilməyən bu şəxsin hansı şəraitdə xəsarət aldığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.