Londonda iki nəfər məscidin yanında olan şəxsə hücum edib.
“The Sun” nəşrinin məlumatına görə, hadisə martın 15-də baş verib.
Videodan cinayətkarların 27 yaşlı kişinin olduğu avtomobilə necə hücum etdiyi görünür. Əllərində çəkic olan şəxslərdən biri avtomobilin salonuna daxil olur, digər isə maşının kapotunun üstünə çıxır.
Hadisə şahidləri bildiriblər ki, həmin şəxslər müsəlmanların ünvanına nəlayiq ifadələr qışqırıblar, onları terrorçu adlandırıblar.
Hücum edənlər qaça biliblər. Maşında olan şəxs isə xəsarət alıb.