Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunacaq.
Bu barədə ÇıxışYolu.Com-a meyxanaçı özü məlumat verib.
Bildirib ki, o, 20 gün sonra bıçaq altına uzanacaq:
“Paytaxt xəstəxanalarının birində ayağımdan əməliyyat olunacağam. Dəmirlər var ayağımda, həkimlər öncədən mənə demişdilər ki, cərrahi yolla millər yenidən ayağımdan çıxarılacaq”.
Qaraçuxurlu qeyd edib ki, əməliyyata görə çəki atıb:
“Bir xeyli arıqlamışam. Arıqlıq mənə sərf edir. Çünki əməliyyata hazırlaşıram. Cərrahi müdaxilədən sonra əsa ilə gəzəcəyəm. Əsanı atandan sonra çəkim yüngül olmalıdır ki, ayağıma ağırlıq verməsin”.
Qeyd edək ki, Namiq iki il bundan öncə yıxılaraq ayağını sındırıb. Ayağı üç yerdən sınan sənətçi uzun müddət xəstəxanada yataraq müalicə alıb.
Rəşad Əliyev