Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib.
Onun sözlərini RİA Novosti sitat gətirib.
“Mən prezident postunda səlahiyyətlərimi dayandırmaq barədə qərar qəbul etmişəm”, – dövlət başçısı deyib.
Ölkə prezidenti vəzifəsini yeni seçkilərə qədər Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Kasım-Jomart Tokayev icra edəcək.