ÇıxışYolu.Com - Nazimlə Kərim sözləşdi: Ailəm, qohum-əqrabam da yığışsa…

ÇıxışYolu.Com – Nazimlə Kərim sözləşdi: Ailəm, qohum-əqrabam da yığışsa…

Baxış sayı: 2. 542 dəfə baxılıb.

“Maşın”da növbəti qalmaqal yaşanıb.

Belə ki, Faytonçu ləqəbi ilə məşhurlaşan müğənni Nazim Pişiyarı həmkarı Kərim Abbasov haqqında etdiyi açıqlamalardan sonra onunla sözləşib.

Nazimin “Məndən soruşanda ki, oyunda bu gün kim qurban olsun, mən dedim Kərim Abbasov” sözündən sonra Kərim qəzəblənib.

Onun cavabı isə belə olub: “Bilməzdim ki, Nazim Pişiyarı bu qədər çürükçüdür. Mənim ailəm, qohum-əqrabam belə yığışsa, oyundan getməyimi istəyən adamların səs istəməsinə səsim çatmaz və oyunu tərk edərəm. Odur ki, mən eldən səs istəyirəm. Aşıq Namiqin oyundan “getməsinə” səs verin”.

 

23:02

“Maşın” şounun aparıcısı Murad Dadaşov tamaşaçılara günorta saatlarında oyunda baş verənləri süjet şəklində təqdim edib.

Kadrlarda müğənni Aysun İsmayılova ilə aşıq Namiq Fərhadoğlu arasında söz davası əks olunub.

Əvvəlcə Aysuna “O qədər qışqırdın ki, bax gör necə tərlədim”, – deyən Namiq, sonra “Eybi yox, əgər oyunda qalsam səni oyundan kənarlaşdıracam”, – deyə cavab verib.

Daha sonra canlı efirdə aşıq Namiq xanım iştirakçılara toxunmayacağını, yəni şouda qalacağı təqdirdə oyundan onları kənarlaşdırmayacağını bildirib.

Daha sonra Namiq nəhayət, qərara qələrək şouda rəqibinin kimliyini açıqlayıb. Fərhadoğlu oyunda səs toplayıb qalacağı təqdirdə müğənni Kərim Abbasovu uzaqlaşdıracağını bildirərək, tamaşaçılardan səs istəyib.

Beləliklə “Maşın”ın ilk həyacan dolu efirində Aşıq Namiq Fərhadoğlu ilə Kərim Abbasov duelə çıxıb, avtomobil uğrunda mübarizəyə start veriblər.

Şouda bu gecə kimin qalib, kimin məğlub olacağını isə tamaşaçılar səs verərək bəlli edəcəklər.

22:40

“Maşın” şousu qalmaqallı başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, müğənni Kərim Abbasov oyunun ilk günündə özünü qurban görərək, mikrofon önünə çıxıb və tamaşaçılardan Aşıq Namiq Fərhadoğlunun “getməsinə” səs istəyib.

“Ötən gün Namiqin çıxaracağı adam Ayan Babakişiyeva idi, daha sonra fırlandı oldu Aysun İsmayılova, indi isə mən oldum. Sizdən bir estrada ulduzu kimi yox, elin oğlu kimi səs istəyirəm. Namiqin “getməsinə” səs verin. Mən bu insanın şəklini atmamışam. Dünəndən bu günə min fikrə düşür, bilmir nə danışır, düzgün oyun apardığını desə də, sonra kimi istəyirəm oyundan kənarlaşdıracağam deyir”.

Qeyd edək ki, şounun qaydalarına əsasən, iştirakçı səsvermədə öz şəklini ata bilməz. Bu, qaydalarına ziddir.

ÇıxışYolu.Com - Nazimlə Kərim sözləşdi: Ailəm, qohum-əqrabam da yığışsa…

 

22:30

Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-nin canlı efirində yayımlanan, Azərbaycan teleməkanının ən bahalı və qalmaqallı realiti şousu “Maşın”ın “Maskarad” adlanan 18-ci sürətinin birinci günü baş tutub.

ÇıxışYolu.Com xəbər verir ki, ölkənin 18 məşhuru bir araya gələrək, dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil ətrafında qızğın mübarizə dolu oyuna start veriblər.

18 iştirakçının səsverməsinin nəticələri açıqlanıb. Onlardan 9 nəfəri aşıq Namiq Fərhadoğlunun səklini ataraq, onu səsverməyə çıxarıblar.

“Mənə səs verin, mən də bu oyundan yaxşı bir insanı çıxardacam. Sizin də lap ürəyinizcə olacaq”, – deyə Namiq tamaşaçılarından ona səs vermələrini istəyib.

Rəşad Əliyev