ÇıxışYolu.Com – Nazirlik rəsmisi: Oyunun siyasiləşdirilməsinə icazə vermək olmaz

Baxış sayı: 2. 777 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nazirlik rəsmisi: Oyunun siyasiləşdirilməsinə icazə vermək olmaz

Azərbaycan bu günə qədər kifayət qədər böyük idman yarışlarına – “Formula-1”, Avropa Oyunları, “Avroviziya”, İslam Həmrəylik Oyunları kimi beynəlxalq yarışlara ev sahibliyi edib. Ölkəmiz bu sahədə uğurlu təcrübəyə malikdir. Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək London derbisi də bu yarışlardan biridir. 

Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Səmayə Məmmədova bildirib ki, Bakıya gələcək turistlərin çoxluğu ilə əlaqədar hava limanına da xüsusi tapşırıq verilib.

Nazirlik sözçüsünün dediyinə görə, futbolçuların həm stadionda, həm də qalacaqları hoteldə təhlükəsizliyi təmin olunacaq:

“Arsenal”ın erməni oyunçusu Mixitaryanın təhlükəsizliyi barədə zəmanət məktubu göndərilib. Oyunun siyasiləşdirilməsinə isə heç cür icazə vermək olmaz”.

Qeyd edək ki, mayın 29-da Bakıda Avropa liqasının final matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.