ÇıxışYolu.Com - Nazirlikdən yanğında xəsarət alanlarla bağlı

ÇıxışYolu.Com – Nazirlikdən yanğında xəsarət alanlarla bağlı

Baxış sayı: 3. 906 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nazirlikdən yanğında xəsarət alanlarla bağlı

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardım xidmətinə 22 müraciət daxil olub.

Bu barədə ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

“Səkkiz nəfərə yerində yardım edilib. 14 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan beş nəfər hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir.

Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə tibbi yardım xidməti çatana qədər hadisə yerində ölüb”, – məlumada qeyd olunub.

İlhamə Əbülfət