“Neftçi” hücumçu Kvame Karikari ilə yolları ayırıb.
Klubun saytından verilən məlumata görə, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə “Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış Karikari son mövsümü icarə əsasında BƏƏ-nin “Əl Oruba” klubunda keçirib.