Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Neftçi” “Zirə”ni darmadağın edib – 4:2.
“Neftçi”nin heyətində Baqali Dabo (dubl), Anton Krivotsyuk və Namik Ələsgərov fərqlənib.
Qonaqların qollarını isə Mfo Kqasvane vurub.
Bu qələbədən sonra “Neftçi” xallarını 51-ə çatdırıb və çempionatın vahid liderinə çevrilib. “Zirə” isə 22 xalla altıncı pillədə qərarlaşıb.