“PSJ”-nin hücümçusu Neymar Barselonaya keşmiş klubu ilə məhkəmə çəkişməsinə gəlib.
“Mundo Deportivo” xəbər verir ki, “Barselona” futbolçuya Parisə transferdən əvvəl 54 milyon avro verməliymiş. Lakin bu məbləğin cəmi 14 milyonu ödənilib.
Neymar məhkəmə vasitəsi ilə yerdə qalan pulu və 10% kompensasiya tələb edir.
“Barselona” Neymarın müqavilə şərtlərini pozmasını əsas tutaraq, pulu ödəməkdən imtina edir.