Niderland yığması UEFA Millətlər Liqasının final mərhələsinə yüksələn ikinci komanda olub.
ÇıxışYolu.Com xəbər verir ki, Portuqaliyada keçirilən yarımfinal matçında hollandlar İngiltərə millisi ilə əsas vaxtda 1:1-lik bərabərə qalsa da, oyuna əlavə olunmuş vaxtdan maksimum yararlanmağı bacarıblar – 3:1.
32-ci dəqiqədə Markus Raşford İngiltərəni önə keçirsə də, 73-cü dəqiqədə Matteys de Liqt hesabı bərabərləşdirib. 97-ci dəqiqədə ingilis Kayl Uoker qapını “səhv salıb” – avtoqol. 114-cü dəqiqədə isə Kvinsi Promes matça son nöqtəni qoyub.
Beləliklə, Niderland finalda Portuqaliya ilə qarşılaşacaq. Üçüncü yer uğrunda isə İngiltərə və İsveçrə yığmaları mübarizə aparacaq. Hər iki oyun iyunun 9-da keçiriləcək.