ÇıxışYolu.Com - Nigarla Yaşar sevgilidir?

ÇıxışYolu.Com – Nigarla Yaşar sevgilidir?

Baxış sayı: 3. 252 dəfə baxılıb.

ÇıxışYolu.Com - Nigarla Yaşar sevgilidir?

Əməkdar artist Nigar Şabanova ilə müğənni Yaşar Cəlilovun illər əvvəl sevgili olduğuna dair xəbərlər yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “X magazin” proqramında Yaşar Cəlilov danışıb.

Verilişdə şou-biznes üzvlərinə “İlk sevgiliniz kim olub?” deyə sual ünvanlanıb. Sorğuda Yaşar aşiq olduğu Nigarın adını çəkib. 

“Əməkdar artist, gözəl muğam ifaçısı Nigar Şabanova ilə sevgili olmuşuq. Sonda səhv yolda olduğumuzu düşünüb ayrılmışıq”.

Bu xəbərin doğru olub-olmadığını araşdırmaq üçün ÇıxışYolu.Com N.Şabanova ilə əlaqə saxlayıb. Əməkdar artist məsələ ilə bağlı bunları söyləyib. 

“X maqazin” verilişi məni dəvət etdi ki, bizim səhvimizdir, gəlin, düzəldək. Sadəcə, montaj zamanı Yaşarın vurğuladığı “məktəb vaxtı” sözü çıxarılıb və bu məlumat düzgün şəkildə tamaşaçılara çatdırılmayıb. Məsələyə gəldikdə, bütün bunlar mənim Yaşarla birgə oxuduğum məktəb illərində baş verib.

Beşinci sinifdə hörmətimiz, sevgimiz olub bir-birimizə. Bu yazılıb, danışılanlar isə mənə yaraşan şeylər deyil. İndi biz dost münasibətindəyik. Ailələrimizin bir birinə hörməti, sayğısı var”.

Rəşad Əliyev