Səsverməyə çıxan Niyam Salami Aqşin Fatehin ikibaşlı şeirinə münasibət bildirib:
“Aqşın şirdən, xoruzdan danışdı. Şir meşədə tək qalanda, yanına çaqqallar yığışır. Xoruza gələndə isə, xoruz banlayır. Nə isə… Aqşin namaz qılırsan, belə şeyləri dilə gətirmə”.
23:38
“Maşın” şouda qalmaqallar bitmək bilmir. Niyamdan açıq oyun tələb edən Aqşinin canlı efirdə səbr kasası daşıb.
O, Səlamidən hədəfinin kimliyini açıqlamağı istəsə də, qarşı tərəf onun bu istəyini ürəyində qoyub. Bundan qəzəblənən Aqşin Fateh ikibaşlı şeir ilə çıxışını tamamlayıb:
Qurd gedibdir, aslan indi tək qalıb,
Xoruz çıxıb çəpərin üstünə.
Bilmirəm oyundurmu, siyasətdirmi?
Yoxsa şəxsi ədavətdirmi?
Qoy insanlar desin, ədalətdirmi?
On nəfər düşüb bir nəfərin üstünə.
Mən gedəndə tək gedəcəyəm kişi kimi
Şərəfimi atmaram təkərin üstünə.
Rəşad Əliyev