Abşeron sakini su hovuzunda çimərkən ehtiyatsızlıqdan aldığı xəsarət nəticəsində ölüb.
“Report” xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.
1984-cü il təvəllüdlü Əhmədov Azad Albert oğlu Novxanı bağları massivindəki həyətyanı sahəsində, ikinci mərtəbədən su hovuzuna tullanan zaman başı hovuzun kənarına çırpılıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.