MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun Moskvaya gəlməsinə münasibət bildirib.
O fikirlərini “Instagram” hesabında bölüşüb:
“Konor artıq Ukraynadadır, fikirləşin görək, Moskvada onunla nə etmək olar?”, – A.Nurməhəmmədov yazıb.
Xatırladaq ki, dünən Makqreqor Kiyevdə mətbuat konfransı keçirərək, Ukrayna Prezidenti Vladimir Zelenski haqqında danışıb. Oktyabrın 24-də irlandiyalı Moskvada mətbuat qarşısına çıxarılacaq. O, gələcək planları ilə bağlı görüş keçirəcək.
Sonuncu dəfə Nurməhəmmədov və Makqreqor UFC çempionatı çərçivəsində görüşüblər. Nurməhəmmədov həmin görüşdən qələbə ilə ayrılıb.