Dünən “O Səs Türkiyə” yarışmasında çıxış edən azərbaycanlı Günay Bəylərqızı ifası ilə hər kəsi təəccübləndirib.
ÇıxışYolu.Com xəbər verir ki, həmyerlimiz reytinqli yarışmada “Saçlarını yol gətir” adlı türk mahnısını ifa edib.
Günay ifası ilə dörd münsifi də döndürə bilib. O, zaldakı tamaşaçıların xahişi ilə mahnını yenidən oxuyub.
Münsiflər Günayın onları seçməsi üçün mübarizə aparıblar. Sonda Günayın seçimi isə Murad Boz olub.
Sevinc Yasinqızı