ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın geyindiyi basketbol maykası hərracda satışa çıxarılacaq.
CNN xəbər verir ki, sabiq dövlət başçısı təhsil aldığı “Punahu” məktəbinin basketbol komandasında çıxış edərkən həmin maykanı geyinib.
Hərracı “Heritage Auctions” evi keçirəcək. Maykanın başlanğıc qiyməti 100 min dollar məbləğində müəyyən edilib. İdman paltarını avqustun 17-də satmaq planlaşdırılır.
B.Obama 23 nömrəli mayka ilə basketbol oynayıb.