ÇıxışYolu.Com - Oğlunu vəhşicəsinə döyən ata içki düşkünü imiş, ailənin durumu ağırdır

ÇıxışYolu.Com – Oğlunu vəhşicəsinə döyən ata içki düşkünü imiş, ailənin durumu ağırdır

Baxış sayı: 2. 868 dəfə baxılıb.

ÇıxışYolu.Com - Oğlunu vəhşicəsinə döyən ata içki düşkünü imiş, ailənin durumu ağırdır

Gəncədə atası tərəfindən amansızcasına döyülən 14 yaşlı Ruhin Məmmədovun ailəsi acınacaqlı şəraitdə yaşayır.

ÇıxışYolu.Com xəbər verir ki, yeniyetmənin valideynləri İlham Məmmədov və Narilə Məmmədova rəsmi nikahda olsalar da, ayrı evlərdə yaşayırlar. R.Məmmədov anası və 15 yaşlı bacısı ilə zirzəmi tipli otaqda kirayədə qalır.

47 yaşlı N.Məmmədova restoran və kafelərdə qab-qacaq yumaqla cüzi məvacib alır, övladlarını çətinliklə dolandırır.

O, ərinin çox vaxt içkili olduğunu və ailə üzvləri ilə sərt davrandığını bildirir. Elə iyunun 3-də oğlunu amansızcasına döyməsi də onun ailəsinə münasibətini göstərir.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Gəncədə 14 yaşlı oğlanın atası tərəfindən döyülməsi barədə xəbərlər və yeniyetmənin bədənindəki zərbə izlərini əks etdirən videogörüntü yayılmışdı.

İ.Məmmədov artıq polis orqanları tərəfindən saxlanılıb və barəsində qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Nazir Quliyev